Nazir: “Gürcüstan ərazisi ilə Azərbaycan və Ermənistana mülki yüklər fasiləsiz daşınır”

Nazir: “Gürcüstan ərazisi ilə Azərbaycan və Ermənistana mülki yüklər fasiləsiz daşınır”
# 03 oktyabr 2020 12:40 (UTC +04:00)

“Gürcüstan ərazisi ilə Azərbaycan və Ermənistan istiqamətində mülki yüklərin daşınması fasiləsiz şəkildə davam etdirilir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Gürcüstan Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, münaqişə alovlandığı vaxtdan heç bir istiqamətdə mülki yüklərin daşınmasına məhdudiyyət tətbiq edilməyib.

“Gürcüstanın regionda vacib tranzit funksiyası var və bu, bizim regional iqtisadiyyatımızın inkişafı üçün çox vacib faktordur. Mülki yüklərlə dolu maşınların hərəkətində statistikada heç bir azalma müşahidə olunmayıb. Gündəlik olaraq Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan istiqamətində 750-800 TIR hərəkət edir. Bundan başqa, biz Ermənistanla sərhəddə mülki yüklərin daha təhlükəsiz və rəvan şəkildə daşınmasının həyata keçirilməsi üçün gömrük nöqtələri yaratmışıq. Bu, Ermənistana yüklərin daşınmasında və əks istiqamətdə hərəkətdə yüksək intensivlik yaradır. Hava yolu ilə də mülki yüklərin daşınması fasiləsiz şəkildə aparılır. Vəziyyət gərginləşdiyi vaxtdan bəri bu istiqamətdə heç bir məhdudiyyət tətbiq etməmişik. Ümid edirik ki, regionda sülh tezliklə bərpa ediləcək və bu bizim üçün həyati önəm daşıyır”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR