Niderland ATƏT-in Minsk Qrupunun səylərini aktiv şəkildə dəstəklədiyini bəyan edib

Niderland ATƏT-in Minsk Qrupunun səylərini aktiv şəkildə dəstəklədiyini bəyan edib
# 03 dekabr 2020 16:17 (UTC +04:00)

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq".

APA-nın xəbərinə görə, bunu Niderlandın Xarici İşlər naziri Stef Blok ATƏT Nazirlər Şurasının virtual formatda baş tutan iclasında çıxışı zamanı deyib.

O bildirib ki, müharibə cinayətləri və insan haqlarının pozulması ilə bağlı hallar, kasetli bombalar kimi qeyri-qanuni silahların istifadəsi, həmçinin, xarici döyüşçülərin döyüşlərə cəlb olunması ilə bağlı həqiqətləri müəyyənləşdirmək üçün müstəqil və şəffaf araşdırmalarla bağlı imkanlar dəyərləndirilməlidir.

Nazir Niderlandın ATƏT-in Minsk Qrupunun səylərini aktiv şəkildə dəstəklədiyini vurğulayıb: "Biz münaqişənin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqları dəstəkləyirik və buna yardım etməyə hazırıq. Bu, ATƏT-ə bütün üzv ölkələrin marağındadır. Üstəlik vacibdir ki, ATƏT-in bütün iştirakçı ölkələri bu prosesdə öz üzərinə məsuliyyət götürsün. Bu, yalnız hazırda regiona hərbi heyət göndərənləri narahat edən məqam olmamalıdır. Bununla əlaqədar biz atəşkəsin beynəlxalq monitorinqi üzrə ATƏT-in rolu üçün çağırış edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR