Niderland hökuməti istefa verib - YENİLƏNİB

Niderland hökuməti istefa verib - YENİLƏNİB
# 15 yanvar 2021 18:49 (UTC +04:00)

Niderland hökuməti istefa verib.

APA-nın Niderland Nazirlər Kabinetinin saytına istinadən verdiyi xəbərə görə, Baş nazir Mark Rutte artıq hökumətin istefasını Krala təqdim edib.

Bundan başqa, Baş nazir Krala vəziyyətlə bağlı izahat verəcək.

***

saat 17:49

Niderland hökuməti istefa verir.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, baş nazir Mark Ruttenin rəhbərlik etdiyi hökumət səlahiyyətlilərinin minlərlə vətəndaşı sosial rifahdan fırıldaq yolu ilə yararlanmaq mövzusunda yanlış ittiham etməsi ortaya çıxdıqdan sonra istefa verəcəyini bəyan edib.

Bu gün Nazirlər Kabinetinin iclasında baş nazir Rutte deyib ki, marta təyin olunmuş seçkidən öncə nazirlər istefa ilə bağlı qərar verməlidir. O, bu vəziyyəti utancverici adlandırıb.

Qeyd edək ki, Hollandiya vergi xidməti minlərlə ailəni 2013-2019-cu illərdə saxta yolla uşaqlara yardım pulu tələb etməkdə günahlandırıb və ödənişlərin geri qaytarılmasını tələb edib. On minlərlə avronun geri qaytarılması bir çox ailənin maddi vəziyyətinə ağır təsir edib və bəzi hallarda boşanmalara səbəb olub. Parlament hesabatında təqsirləndirilən şəxslərə günahsız olduqlarını sübut etmək şansı vermədən on minlərlə avronu geri qaytarmağı tələb etmək "görünməmiş ədalətsizlik" adlandırılıb. Bildirilib ki, bununla əlaqədar təxminən 10 min ailəyə 30 min avro kompensasiya ödəniləcək. Artıq ailələr ölkənin maliyyə naziri Vopke Hoekstra və iqtisadiyyat naziri Erik Viebes də daxil olmaqla 5 siyasətçini məhkəməyə verib. Ailələr bu rəsmiləri səhv idarəçilikdə ittiham edir. Qalmaqala baxmayaraq, rəy sorğuları Rutte hökumətinin ictimaiyyətin üçdə ikisinin dəstəyinə sahib olduğunu göstərir.

Nazirlər istefa verərsə onlar mart ayındak keçiriləcək seçkiyə qədər postda qalacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR