Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxlayıb

Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxlayıb
  • Clock-gray 18:47
  • calendar-gray 24 Yanvar 2021

Niderland polisi “Sxipxol” aeroportunda dünyada narkotik biznesi ilə bağlı ən çox axtarışda olan şəxslərdən biri sayılan Se Çjileni saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “NL Times” portalı məlumat yayıb.

Kanadaya getmək niyyətində olan Çin əsilli Kanada vətəndaşı Se Çjile Avstraliya polisinin sorğusu əsasında saxlanılıb. İnterpol 2019-cu ildən 57 yaşlı narkobaronı axtarışa verib. Niderland polisi hazırda Se Çjilenin ekstradisiyası üçün Avstraliya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

Yerli KİV-lərin məlumatına görə, Se Çjile il ərzində dövriyyəsi 70 milyard dollara çatan narkotik qruplaşmaya rəhbərlik edir. Se Çjile əvvəllər Torontoda, son illər isə Makao, Honkonq və Tayvanda yaşayıb.

 

apa-logo-mini

Digər xəbərlər