Niderlandda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır

Niderlandda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır
# 16 aprel 2020 16:59 (UTC +04:00)

Niderlandda COVID-19 virusuna yoluxanların sayı 30 minə yaxınlaşır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın Milli Sağlamlıq İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, Niderlandda son sutka ərzində 1061 nəfər koronavirusa yoluxub, bu günə kimi virusa yoluxanların sayı 29 214 nəfərə çatıb.

Son bir gün ərzində ölkədə koronavirusdan 181 nəfər vəfat edib, bununla da ölənlərin sayı 3315 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR