Növbəti dəfə koronavirus testindən keçən İsrailin baş nazirinin cavabı mənfi olub

Növbəti dəfə koronavirus testindən keçən İsrailin baş nazirinin cavabı mənfi olub
# 08 aprel 2020 08:24 (UTC +04:00)

“İsrailin Baş naziri Benyamin Netanyahunun karantinə alınmasının müddəti bu gün başa çatır. O, çərşənbə axşamı növbəti dəfə koronavirus testindən keçib, nəticə mənfi olub”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Aparatının rəsmi nümayəndəsi Ofir Hendelman "Twitter" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Netanyahu daha əvvəl martın 15-i və 30-da analoji testdən keçib. Onun məsləhətçilərindən birində koronavirus aşkar edildiyindən sonra iki həftəlik karantinə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR