Noyabrda Fransada COVID-19 pandemiyasının ikinci dalğası başlaya bilər

Noyabrda Fransada COVID-19 pandemiyasının ikinci dalğası başlaya bilər
# 26 avqust 2020 12:07 (UTC +04:00)
COVID-19 pandemiyasının ikinci dalğası Fransada noyabrda başlaya bilər.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə pandemiya ilə mübarizədə Fransa hökumətinə məsləhət verən elmi şuranın rəhbəri Jan-François Delfraissi deyib.
"Noyabrda ikinci dalğa ilə üzləşəcəyimizlə bağlı qorxular var", o bildirib.
Qeyd edək ki, Fransa Avropa regionunda koronavirusun təsirindən ən çoz zərər görən ölkələr arasındadır. İndiyə qədər bu ölkədə 30544 nəfər koronavirusdan vəfat edib.
Avqustun 25-də ölkədə 3304 yeni yoluxma, 16 ölüm faktı qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR