Ötən il Gürcüstanda qeydə alınan cinayətlərin cəmi 19 faizi açılıb

Ötən il Gürcüstanda qeydə alınan cinayətlərin cəmi 19 faizi açılıb
# 31 yanvar 2020 11:28 (UTC +04:00)

Ötən il Gürcüstandan 6267 cinayət hadisəsi qeydə alınıb ki, bunun cəmi 1220-sinin (19.4%) üstü açılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) illik hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə 13 vahid (0.21%) çoxdur.

2018-ci ildə isə Gürcüstanda 6254 cinayət hadisəsi qeydə alınıb ki, bunun da 16.2%-i (1014) açılıb.

2019-cu ildə Gürcüstanda vətəndaşlara qarşı törədilmiş cinayət hadisələri əvvəlki illə müqayisədə 9.9% artaraq 333-ə çatıb. Bu kateqoriyadan olan cinayət hadisələrinin cəmi 18-i və ya 5.4%-i açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR