PKK-nın qətlə yetirdiyi 13 Türkiyə vətəndaşından 10-nun kimliyi məlum olub

PKK-nın qətlə yetirdiyi 13 Türkiyə vətəndaşından 10-nun kimliyi məlum olub
# 14 fevral 2021 16:41 (UTC +04:00)

İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularının qətl etdiyi 13 Türkiyə vətəndaşının 10-nun kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Malatya vilayətinin valisi Aydın Baruş bildirib.

Vali deyib ki, kimliyi müəyyən edilən həmin şəxslərin arasında Türkiyə müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var. A.Baruş PKK terror təşkilatının qətl etdiyi Türkiyə vətəndaşlarının digər üçünün kimliyi ilə bağlı tibbi ekspertizanın aparıldığını qeyd edib.

Vali ön üç şəhiddən on ikisinin baş nahiyəsindən, birinin isə döş qəfəsindən yaxın məsafədən atəş açılaraq öldürüldüyünü bildirib:

“Terror təşkilatının şəhidlərimizin bomba və havadan hücumlar zamanı öldüyü barədə irəli sürdükləri fikirlər tamamilə əsassız və yalandır. Şəhidlərimizin ailələri ilə əlaqə saxlanıb, onların cənazələrinin yaxınlarına verilməsi üçün Baş Prokurorluq tərəfindən fəaliyyətlər davam edir”.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində PKK/YPG terroçularına qarşı apardığı “Pençe Kartal-2” Hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR