Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı keçirilən nümayişlər zamanı 23 nəfər saxlanılıb

Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı keçirilən nümayişlər zamanı 23 nəfər saxlanılıb
# 22 noyabr 2020 03:10 (UTC +04:00)

Noyabrın 21-də Fransa parlamentində müzakirə edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı çıxan bir qrup paytaxt sakini etiraz aksiyası keçirib.

APA TASS-a istinadən xəbər verir ki, aksiyalar zamanı bir polis əməkdaşı xəsarət alıb.

Jurnalistlərə və söz azadlığına dəstək şüarları səsləndirən nümayişçilər zibil qutularını, lövhələri yandırmağa başlayaraq polisə daş parçaları atıblar. Etirazçılara qarşı su şırnaqlarından istifadə edilib.

Yerli polisin məlumatına görə, paytaxtın əsasən Trokadero meydanında keçirilən etiraz aksiyalarında 23 iştirakçı saxlanılıb. Bir neçə saat ərzində ərazi etirazçılardan tamamilə təmizlənib.

Qeyd edək ki, etirazlara səbəb sözügedən qanun layihəsində əks edilən müddəa - hüquq-mühafizə orqanları işçilərinin foto və video çəkilişinə qoyulan qadağa olub. Qanunu pozan şəxs üçün bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR