Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 100-ü keçib

Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 100-ü keçib
  • Clock-gray 21:21
  • calendar-gray 12 Dekabr 2020

Fransa paytaxtında “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinə qarşı keçirilən nümayişlər zamanı saxlanılanların sayı 107 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl ölkənin daxili işlər naziri Jerald Darmanen 81 nəfərin saxlanıldığı barədə məlumat vermişdi.

“TASS” agentliyinin verdiyi məlumata görə, gücləndirilmiş polis dəstələrinin müşayiəti ilə nümayişçilər Sen Marten bulvarı boyunca hərəkət edir. Etirazçılar Respublika meydanına doğru istiqamətləniblər. Bildirilir ki, aksiyalar zamanı dağıntılar törədən şəxslərlə asayiş qüvvələri arasında toqquşmalar qeydə alınıb. İlk qarşıdurmalar Şatle meydanında etirazın başlamasından bir neçə dəqiqə sonra baş verib.

Davam edən aksiyalarda gərginlik get-gedə artıb, polis iğtişaşçılara qarşı su şırnaqlarından istifadə edib. Respublika meydanına çatan etirazçı dəstələr polisə şüşə, pirotexnika və səs bombaları atmağa başlayıblar. Polis isə buna gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.

apa-logo-mini

Digər xəbərlər