Parisdə etiraz aksiyasında təhlükəsizlik əməkdaşları xəsarət alıb, 64 nəfər saxlanılıb

Parisdə etiraz aksiyasında təhlükəsizlik əməkdaşları xəsarət alıb, 64 nəfər saxlanılıb
# 06 dekabr 2020 01:18 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə edilən dəyişikliklə bağlı keçirilən etiraz aksiyalarında 64 nümayiçi saxlanılıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili işlər naziri Jerald Darmanen tvitter hesabında bildirib.

Nazir əlavə edib ki, iğtişaşçılarla qarşıdurma zamanı təhlükəsizlik əməkdaşları xəsarət alıb: "Cinayətkarlar respublikanı talayır. Vəhşicəsinə hücum edilən polis və jandarmalarımıza bir daha dəstəyimi bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR