Parisdə keçirilən "Normand dördlüyü" danışıqlarının yekun sənədi qəbul olunub

Parisdə keçirilən "Normand dördlüyü" danışıqlarının yekun sənədi qəbul olunub
# 10 dekabr 2019 05:16 (UTC +04:00)

Fransa paytaxtında Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanmasına dair keçirilən "Normandiya formatı " çərçivəsində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin görüşünün yekunları ilə bağlı kommunike qəbul olunub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, "Normandiya dördlüyü" liderləri Ukraynanın cənub şərqində bu ilin sonuna kimi atəşkəs rejiminin icra olunmasına tam dəstəklərini ifadə ediblər. Bundan başqa sənəddə Donbasda 2020-ci ilin mart ayının sonuna kimi üç yeni məntəqədə qüvvələrin geri çəkilməsi nəzərdə tutulur. Sammit iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukraynanın Konstitusiyasına dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını bildiriblər" - deyə, sənəddə qeyd edilib.

Ümumilikdə "Normandiya dördlüyü"nün yekun bəyanatını üç hissəyə bölmək olar: "Münaqişə zonasında vəziyyətin sabitləşməsi üçün dərhal tədbirlərin görülməsi", "Minsk razılaşmalarının siyasi vəziyyətinin reallaşdırılması ilə bağlı tədbilər" və "Gələcək addımlar".

Kommunikedə bildirilir ki, danışıqların yekununda liderlər XİN başçılarına və siyasi müşavirlərinə əldə olunmuş razılıqların həyata keçirilməsinin təmin olunmasını tapşırıblar. Liderlər qarşıdakı dörd ay ərzində bu formatda daha bir görüşüşn keçirilməsi barədə razılıq əldə ediblər.

Xatırladaq ki, Parisdə Yelisey Sarayında Ukrayana münaqişəsi ilə bağlı Emanuel Makron, Angela Merkel, Vladimir Putin və Vladimir Zelenski arasında dördtərəfli, "Normandiya dördlüyü" formatında görüş keçirilib. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirib jurnalistlərin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR