Parisdə naməlum şəxslər mağazadan 25 min avroluq zinət əşyaları oğurlayıblar

Parisdə naməlum şəxslər mağazadan 25 min avroluq zinət əşyaları oğurlayıblar
# 15 dekabr 2020 03:57 (UTC +04:00)

Parisdə iki naməlum şəxs zərgərlik mağazasına silahlı basqın edərək, oradan 250 min avro dəyəri olan zinət əşyaları oğurlayıblar.

APA xəbər verir ki, bu barədə BFM telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə Zəfər tağı yaxınlığında baş verib. Üzləri motosiklet dəbilqəsi ilə gizlədilən cinayətkarlar mağazaya girərək gözyaşardıcı qaz yaymağa başlayıblar. Daha sonra soyğunçulardan biri mağaza işçisinə elektroşokerlə xəsarət yetirib. Qarətçilər rəflərdən zinət əşyalarını və dəyərli saatları, vitrinlərdə nümayiş olunan zinət əşyalarını götürdükdən sonra ərazidən uzaqlaşıblar. Jandarmadan verilən məlumata görə, naməlum şəxslər hadisə yerindən skuterlə qaçıblar.

Paris polisi soyğunçuluqla bağlı istintaq araşdırmalarına başlayıb, hazırda cinayətkarların axtarışı aparılır.

Bu, son bir neçə gün ərzində Parisdə törədilmiş ikinci bənzər soyğunçuluq hadisəsidir. 11 dekabrda başqa bir qrup qarətçi “Moncler” butikinə basqın edib. Burada isə 40 min avroluq ziyan vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR