Polşa ABŞ-la "F-35"-lərin alınmasına dair müqavilə imzalayacaq

Polşa ABŞ-la "F-35"-lərin alınmasına dair müqavilə imzalayacaq
  • Clock-gray 14:42
  • calendar-gray 16 Yanvar 2020

Polşa yanvar ayının sonunadək "F-35" qırıcı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayacaq.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşak deyib.

"Biz danışıqları prinsipcə demək olar ki başa çatdırmışıq. Yalnız kiçik prosedur məsələləri var. İnanıram ki, bu ay ABŞ-la 32 ədəd "F-35" təyyarəsinin alınmasına dair müqavilə imzalayacağıq", - deyə Müdafiə naziri bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Konqres Polşaya 6,5 milyard dollar məbləğində 32 ədəd ən son "F-35" hərbi təyyarəsinin  satışını təsdiqləyib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date