Polşa sabiq prezident Lex Kaçinskinin öldüyü təyyarə qəzası ilə bağlı 3 dispetçeri həbs etmək istəyir

Polşa sabiq prezident Lex Kaçinskinin öldüyü təyyarə qəzası ilə bağlı 3 dispetçeri həbs etmək istəyir
# 17 sentyabr 2020 03:24 (UTC +04:00)

“Polşa Baş Prokurorluğu 2010-cu ildə prezident Lex Kaçinskinin içərisində olduğu “Tu-154” markalı təyyarənin qəzası zamanı Smolensk hava limanında işləyən 3 dispetçerin həbs prosedurunu başladıb”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun mətbuat katibi Eva Bialik jurnalistlərə açıqlamasında bildirib.

Eva Bialik deyib ki, Baş Prokurorluğun 1 saylı İstintaq qrupu bununla bağlı Varşava-Mokotov regional rayon məhkəməsinə müraciət edib: “Məhkəmənin dispetçerləri həbs etmək qərarı, onların Polşaya təhvil verilməsi tələbi ilə beynəlxalq axtarışa verilməsi üçün bir addım olacaq”.

Xatırladaq ki, sözügedən təyyarə qəzası 2010-cu il aprelin 10-da Smolensk-Severny hava limanına eniş zamanı baş vermişdi. Hadisə nəticəsində 88-i sərnişin, 8-i ekipaj üzvü olmaqla təyyarədə olan 96 nəfər həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR