Rusiya Polşanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib - YENİLƏNİB

Rusiya Polşanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib - YENİLƏNİB
# 23 aprel 2021 13:18 (UTC +04:00)

Rusiya Polşa səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in bəyanatında bildirilib.

Polşanın üç Rusiya diplomatını ölkədən çıxarması haqqında qərara cavab olaraq Moskva Polşa səfirliyinin 5 əməkdaşını “persona non grata” elan edib və onlardan 15 may 2021-ci il tarixə qədər Rusiya ərazisini tərk etmələri tələb olunub.

***

saat 12:34

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, səfir Kşiştof Kreavski Polşanın Rusiya diplomatlarını ölkədən çıxarması ilə bağlı XİN-ə dəvət edilib.

Qeyd edək ki, Polşa Rusiyanın bu ölkədəki səfirliyində çalışan 3 diplomatı ölkədən çıxardığını bildirib, buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR