Polşa üç Rusiya diplomatını "persona non qrata" elan edib

Polşa üç Rusiya diplomatını "persona non qrata" elan edib
# 15 aprel 2021 23:23 (UTC +04:00)

Polşa hakimiyyəti üç rusiyalı diplomatı “persona non qrata” elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“15 aprel 2021-ci il tarixində Rusiya Federasiyasının Polşa Respublikasındakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının arzuolunmaz şəxs kimi tanınması barədə məlumatı əks etdirən diplomatik nota təqdim edilib”, - məlumatda belə deyilir.

Polşa XİN-in verdiyi məlumata görə, “qərar bu şəxslərin diplomatik status şərtlərini pozması” və “Polşa Respublikasının əleyhinə addımlar atması” ilə əsaslandırılıb.

“Polşa ABŞ-ın 15 aprel 2021-ci il tarixində Rusiyaya qarşı siyasətlə əlaqəli qərarları ilə həmrəydir. Birgə qəbul edilmiş, razılaşdırılmış müttəfiq qərarlar Rusiya Federasiyasının dost olmayan hərəkətlərinə ən doğru cavabdır”, - deyə Polşa XİN-in açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Polşadakı diplomatik nümayəndəliyinin mətbuat katibi Vladimir Aleksandrov səfir Sergey Andreyevin Polşa XİN-ə çağırılması barədə məlumatı təsdiqləyib. Səfirlik məsələ ilə bağlı hələlik açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR