Polşada Nobel mükafatçısının evi qarət edilib

Polşada Nobel mükafatçısının evi qarət edilib
# 27 yanvar 2020 06:24 (UTC +04:00)

Polşalı yazıçı, Nobel mükafatı laureatı Olqa Tokarçukun evi qarət olunub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Zet" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, şənbə günündən Bazar gününə keçən gecə naməlum şəxslər tərəfindən yazıçının Vroslav Krica rayonundakı mənzilindən oğurluq ediblər.

Radionun yaydığı məlumata əsasən, naməlum şəxslər mənzildən müxtəlif valyutalarda olan pul oğurlayıblar.

Yazıçının hazırda Polşadan kənarda yaşadığı bildirilir.

Xatırladaq ki, O.Tokarçuk 2018-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR