Polşada koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb

Polşada koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb
# 21 avqust 2020 13:02 (UTC +04:00)

Polşada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 903 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, bu, pandemiya başlayandan bəri Polşada qeydə alınan ən yüksək rəqəmdir.

İndiyədək ölkədə 60 281 nəfər koronavirusa yoluxub, onlardan 1 938 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR