Polşada koronavirusa yoluxma artsa da, yeni məhdudiyyətlər tətbiq olunmayacaq

Polşada koronavirusa yoluxma artsa da, yeni məhdudiyyətlər tətbiq olunmayacaq
  • Clock-gray 11:34
  • calendar-gray 08 İyun 2020

Polşada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artmasına baxmayaraq, yeni məhdudiyyətlər və ya əvvəlki qadağalar tətbiq olunmayacaq.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Baş Nazirinin müavini Yadviqa Emileviçz bildirib.

“Məhdudiyyətləri bu gün yenidən tətbiq etmək planımız yoxdur”, - deyə Baş Nazirin müavini vurğulayıb.

Qeyd edək ki, son iki gündə Polşada infeksiyaya yoluxma halı 1000-i keçib.  Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 26561 nəfərə çatıb, 1157 nəfər vəfat edib.

Zümrüd Paşkin

Digər xəbərlər