Portuqaliya məhkəməsi evtanaziya haqqında qanun layihəsini konstitusiyaya zidd hesab edib

Portuqaliya məhkəməsi evtanaziya haqqında qanun layihəsini konstitusiyaya zidd hesab edib
# 16 mart 2021 06:13 (UTC +04:00)

Portuqaliya Konstitusiya Məhkəməsi ölkədə evtanaziyaya (bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi) icazə verən qanun layihəsini “insan həyatının toxunulmazlığı” ilə əsaslandıraraq konstitusiyaya zidd olduğunu bəyan edib.

APA yerli “Expresso” qəzetinə istinadən xəbər verir ki, qanun layihəsi müvafiq düzəlişlərin edilməsi üçün yenidən parlamentə göndərilib.

Qanunverici orqanın təsdiqlədiyi təşəbbüsə görə, Portuqaliyanın yetkin vətəndaşı və ya ölkədə yaşamaq icazəsi olan şəxs evtanaziya tələb edə bilər.

Tələbi xəstəliyi dözülməz olan şəxs son mərhələdə tələb edə bilər.

Qanunu təsdiqlənsəydi, Portuqaliya evtanaziyaya icazə verən Avropada dördüncü, dünyada isə yeddinci ölkə olacaqdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR