Portuqaliya prezidenti koronavirusa yoluxub

Portuqaliya prezidenti koronavirusa yoluxub
  • Clock-gray 10:52
  • calendar-gray 12 Yanvar 2021

Portuqaliya prezidenti Marselo Rebelo de Souzanın yeni növ koronavirus (COVID-19) testi pozitiv çıxıb.

APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Portuqaliya prezidentində xəstəliklə bağlı hər hansı simptom aşkarlanmayıb.

Bildirilib ki, Portuqaliya prezidenti karantinə alınacaq.

Qeyd edək ki, Portuqaliyada yanvarın 24-də prezident seçkiləri keçiriləcək. Prezident seçkilərinə qatılacaq Marselo Rebelo de Souza rəy sorğusuna görə favorit hesab edilir.

apa-logo-mini

Digər xəbərlər