Portuqaliyada koronavirusa yoluxanların sayı 16 934 nəfərə çatıb, 535 nəfər ölüb

 Portuqaliyada koronavirusa yoluxanların sayı 16 934 nəfərə çatıb, 535 nəfər ölüb
  • Clock-gray 16:27
  • calendar-gray 13 Aprel 2020

Portuqaliyada son sutka ərzində daha 349 nəfər koronavirusa yoluxub, 31 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Portuqaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 16 934 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 535 nəfərə çatıb.

Koronavirusdan 277 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər