Portuqaliyada koronavirusdan ölənlərin sayı 820-yə çatıb

Portuqaliyada koronavirusdan ölənlərin sayı 820-yə çatıb
# 23 aprel 2020 16:39 (UTC +04:00)

Portuqaliyada son sutka ərzində yeni növ koronavirusa 371 yoluxma halı aşkarlanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Hazırda Portuqaliyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 22353 nəfər təşkil edir.

Bu günə olan məlumata görə, Portuqaliyada koronavirusdan ölənlərin sayı 35 nəfər artaraq 820-yə çatıb. Virusdan indiyədək 1201 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR