Portuqaliyada qatar qəzaya uğrayıb, onlarla yaralı var

Portuqaliyada qatar qəzaya uğrayıb, onlarla yaralı var
# 31 iyul 2020 20:31 (UTC +04:00)

Portuqaliyanın mərkəzi hissəsində yüksək sürətli qatar qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi “SIC” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, buna qədər “Reuters” sözügedən telekanala istinadən 50-yə yaxın yaralının olması barədə məlumat vermişdi.

Bildirilir ki, qatar Koimbra dairəsində yol təmiri maşını ilə toqquşduqdan sonra relsdən çıxıb. Qatarda təxminən 280 sərnişinin olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR