Putin və Ərdoğan telefon danışığı zamanı koronavirusla bağlı vəziyyəti müzakirə ediblər

Putin və Ərdoğan telefon danışığı zamanı koronavirusla bağlı vəziyyəti müzakirə ediblər
# 01 aprel 2020 20:06 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər koronavirus pandemiyasının yayılması ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları bir-birilərini bu infeksiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırıblar. Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtması məsələsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Bundan başqa, Putin və Ərdoğan Suriya münaqişəsinin nizamlanması məsələsi, İdlib əyalətindəki vəziyyət, o cümlədən Liviya problemi barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR