"Qladiator" və "Troya" filmlərinin qəhrəmanı Con Şrepnel vəfat edib

"Qladiator" və "Troya" filmlərinin qəhrəmanı Con Şrepnel vəfat edib
# 20 fevral 2020 05:30 (UTC +04:00)

İngiltərənin teatr və kino aktyoru Con Şrepnel uzun sürən xərçəng xəstəliyindən sonra 78 yaşında vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, aktyorun sənət dostları onun ailəsinə, o cümlədən Kral Milli Teatr truppasının və “Royal Shakespeare Company” teatr şirkətinin üzvlərinə başsağlığı verib.

"Gözəl aktyor Con Şrepnelin ölüm xəbəri bizi kədərləndirdi. O, Milli Teatrın bir çox tamaşalarında oynadı", - başsağlığında deyilib.

Xatırladaq ki, karyerası ərzində Şrepnel çox sayda filmdə rol alıb. “Qladiator”, “Troya”, “K-19”, “Nottinq Hill” və “Qızıl Dövr” kimi filmlərdəki rolları sayəsində geniş tamaşaçı sevgisini qazanıb.

Aktyor eyni zamanda “Onuncu Krallığ”, “Merlin”, “Foyl Müharibəsi” və s. televiziya seriallarında rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR