Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb

Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb
  • Clock-gray 10:21
  • calendar-gray 14 Dekabr 2019

Samoada qızılca epidemiyası 72 nəfərin ölümünə səbəb olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, epidemiyaya yoluxanların sayı artıq 5 min nəfərə çatıb.

Məlumata görə , ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır.

Samoa Səhiyyə Nazirliyi noyabrın 18-dən əhalinin 93 faizinin peyvənd edildiyini bildirib.

Qeyd edək ki,  qızılca xəstəliyi Ficidə də epidemiya halını alıb və 21 nəfərin ölümünə səbəb olub.  

apa-logo-mini

Digər xəbərlər