"S&P": Aİ əhalisinin 70%-i ilin ortasınadək peyvənd oluna bilər

"S&P": Aİ əhalisinin 70%-i ilin ortasınadək peyvənd oluna bilər
# 15 fevral 2021 11:49 (UTC +04:00)

"S&P Global Ratings" hesablamalarına əsasən, 2021-ci ilin iyul ayının sonunadək Avropa İttifaqının (Aİ) yetkin əhalisinin 70%-i vaksinasiya oluna bilər.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, daha həssas qrup sayılan 65 yaşından yuxarı əhalinin tam vaksinasiyası aprelin sonunadək reallaşması gözlənilir. Lakin "S&P"yə görə, qoyulan məqsədlərə çatmaq və gözləntiləri doğrultmaq üçün Aİ peyvəndlərin istehsalını artırmalıdır və virusun yayılmasını zəiflətməlidir.

Qeyd edək ki, Aİ 2,3 mlrd. doza peyvəndin alınmasını rəsmi olaraq razılaşdırıb və hazırda növbəti 260 milyonluq partiya üçün şirkətlərlə danışıqlar aparır. Aİ üçün əsas vaksin tədarükçüləri "BioNTech-Pfizer" (600 mln. doza) və "AstraZeneca" (400 mln. doza) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR