Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək

Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək
  • Clock-gray 05:38
  • calendar-gray 11 Dekabr 2020

Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarı 1 mart 2021-ci ildə açıqlayacaq.

APA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda “ölkəsinin ədalətinin obyektivliyinə inandığını” bildirib.

9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib. Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib.

apa-logo-mini

Digər xəbərlər