Şarl Mişel təcrid olunduğu üçün Avropa İttifaqının Zirvə toplantısı təxirə salınıb

Şarl Mişel təcrid olunduğu üçün Avropa İttifaqının Zirvə toplantısı təxirə salınıb
  • Clock-gray 20:29
  • calendar-gray 22 Sentyabr 2020

Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel karantinə alındığı üçün Aİ-nin Zirvə toplantısı təxirə salınıb.

APA-nın Türkiyənin Anadolu Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, 24-25 sentyabra planlaşdırılan tədbir təxirə salınaraq, oktyabrın 1-2-nə keçirilib.

Ş.Mişelin köməkçisi bildirib ki, buna səbəb Aİ Prezidentinin mühafizəçilərindən birinin  yeni növ koronavirus (COVID-19) testi pozitiv çıxıb və Ş.Mişel keçən həftə onunla təmasda olub.

Davamlı müayinədən keçən Ş.Milelin test nəticələri neqativ çıxsa da, Belçikada COVID-19-la mübarizə qaydalarına görə, Aİ Prezidentinin özünütəcrid etməsi şərtdir.

Qeyd edək ki, Aİ-nin sözügedən toplantıda Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacağı barədə yazılsa da, bu gün Rəcəb Tayyib Ərdoğanın Şarl Mişel və Almaniya kansleri Angela Merkellə videokonfrans formatında görüşündən sonra Türkiyəyə qarşı münasibətlərin yumşalacağı bildirilib.

apa-logo-mini

Digər xəbərlər