“Şarl de Qoll” gəmisinin 668 dənizçisidə koronavirus aşkarlanıb

 “Şarl de Qoll” gəmisinin 668 dənizçisidə koronavirus aşkarlanıb
# 16 aprel 2020 06:32 (UTC +04:00)

Fransaya məxsus “Şarl de Qoll” təyyarədaşıyıcı gəmisində 668 dənizçidə koronavirusa yoluxma aşkarlanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

"Aprelin 14-də axşam 1767 nəfər dənizçi koronavirus testindən keçirilib. Testlərin 30%-nin nəticələri hələ məlum deyil. Lakin digər cavabların nəticəsinə görə, 668 dənizçinin testi müsbət olub", - nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, 31 nəfər Tulon şəhərindəki hərbi xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiyadadır.

Gəmi hazırda Tulonun hərbi bazasındadır. “Şarl de Qoll”un 14 günlük karantin vəziyyətində olacağı deyilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR