Serbiyada silahlı insident olub, ölən və yaralanan var

Serbiyada silahlı insident olub, ölən və yaralanan var
# 06 sentyabr 2020 02:44 (UTC +04:00)

Serbiyanın paytaxtı Belqradda baş vermiş silahlı insident zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə ölkənin milli televiziyası “RTS”-də məlumat yayılıb.

Atışma Vojdovas rayonunda baş verib. Hücumu həyata keçirən şəxslər iki nəfəri ağır yaralayıb, həmin şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onların əməliyyat planı nəticəsində tutulduqları bildirilir.

“Tanyug” xəbər agentliyinin verdiyi məlumata görə, atışma “Srvena Zvezda” stadionu yaxınlığında baş verib. Yaralanan 21 yaşlı gənc bir neçə dəfə narkotika alveri, polisə müqavimət və oğurluq əməlləri üzrə mühakimə olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR