Səfir: "Almaniyada silahlı hücumda 5 Türkiyə vətəndaşı öldürülüb"

Səfir: "Almaniyada silahlı hücumda 5 Türkiyə vətəndaşı öldürülüb"
# 20 fevral 2020 15:41 (UTC +04:00)

Almaniyanın Hanau şəhərində kafelərə edilən silahlı hücumda öldürülənlərdən 5 nəfəri Türkiyə vətəndaşıdır.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib.

Xatırladaq ki, Almaniyanın Hanau şəhərində yerləşən iki kafeyə edilmiş silahlı hücum nəticəsində 10 nəfər ölüb. Cinayəti törədən Almaniya vətəndaşı olan radikal sağçı Tobias R. isə evində ölü tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR