Səhiyyə naziri: "Britaniyada koronavirusla bağlı vəziyyət pik həddə çatmayıb"

Səhiyyə naziri: "Britaniyada koronavirusla bağlı vəziyyət pik həddə çatmayıb"
# 11 aprel 2020 13:48 (UTC +04:00)

"Böyük Britaniyada COVID-19 hələ də pik nöqtəsinə çatmayıb, ona görə də hərəkəti məhdudlaşdıran qadağaların yüngülləşdirilməsi mümkün deyil."

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib.

Səhiyyə naziri bildirib ki, xəstəxanalara müraciətlərin azalmağa başlaması ən pis halın yenidən təkrarlanma ehtimalanın olmayacağını göstərmir: "Hökumətin fikri budur ki, biz hələ o məqama çatmamışıq. Hələ kifayət qədər azalma görmürük ki, pik nöqtəyə çatdığımızı deyək".

Bəzi ekspertlərin COVID-19-un Böyük Britaniyada növbəti həftələrdə pik həddə çatması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Matt Hankok "heç kəs bunun nə zaman olacağını bilmir", - deyib.

“Hər cür təkliflər var. Onların işi ən dəqiq qiymətləndirməni aparmağa çalışmaq və bizə məsləhət verməkdir. Müxtəlif elm adamlarından müxtəlif tövsiyələri təqdim olunur", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR