Silvio Berluskoni yenə xəstəxanaya yerləşdirilib

Silvio Berluskoni yenə xəstəxanaya yerləşdirilib
# 07 aprel 2021 13:48 (UTC +04:00)

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

APA-nın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, 84 yaşlı siyasətçi Milandakı San Rafaelle xəstəxanasına helikopterlə gətirilib.

Qeyd edək ki, S. Berluskoni bir neçə ilə əvvəl ağır ürək əməliyyatı keçirib. O, ötən ilin sentyabrında yeni növ koronavirus infeksiyasına yoluxub və son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR