Şimali Makedoniya rəsmən NATO-ya üzv olub

Şimali Makedoniya rəsmən NATO-ya üzv olub
# 27 mart 2020 21:57 (UTC +04:00)

Şimali Makedoniya NATO-nun rəsmi üzvü kimi təsdiqlənib.

APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, bu ölkənin NATO-ya rəsmi üzv kimi qəbul olunması ilə bağlı sənəd ABŞ Dövlət Departamenti tərəfindən təsdiqləndikdən sonra Şimali Makedoniya hərbi blokun 30-cu üzvü olub.

Qeyd edək ki, NATO müttəfiqləri 2019-cu ilin fevral ayında Şimali Makedoniyanın bloka qoşulması ilə bağlı Protokolu imzalayıblar, bundan sonra 29 üzv ölkənin parlamentləri bu ölkənin üzvlüyə qəbul sənədini ratifikasiya ediblər.

Bu gün Brüsseldə çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq: "Şimali Makedoniya artıq otuz ölkədən və bir milyard vətəndaşdan ibarət olan NATO ailəsinin bir üzvüdür. Bu ailənin hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq hamımız birlikdə daha güclü və təhlükəsiz olduğumuza əminik. Şimali Makedoniya uzun müddətdir Avroatlantikanın təhlükəsizliyinə, o cümlədən NATO-nun Əfqanıstandakı missiyalarına qatılaraq öz töhfəsini verib", - deyə bildirib.

Şimali Makedoniya üçün bayraq qaldırma mərasimi martın 30-da NATO Baş Qərargahında, Baş katib Yens Stoltenberq və digər rəsmilərin iştirakı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR