Slovakiya Parlamentinin spikeri yol qəzasında ağır xəsarətlər alıb

Slovakiya Parlamentinin spikeri yol qəzasında ağır xəsarətlər alıb
# 25 oktyabr 2020 05:20 (UTC +04:00)

Slovakiya Milli Şurasının (Parlamenti) spikeri Boris Kollar Bratislavada yol qəzası keçirib.

APA yerli Markiza TV-yə istinadən xəbər verir ki, ağır xəsarətlər alan spiker Bratislava şəhərindəki Müqəddəs Maykl Xəstəxanasına yerləşdirilib.

Kolların “BMW” markalı limuzinini idarə edən mühafizəçi də xəstəxanaya yerləşdirilib.

Spikerin aldığı xəsarətlər barədə hələ rəsmi məlumat verilməyib.

Qəzada 4 nəfər yaralanıb, Kollar və sürücüsü də daxil olmaqla onlardan 3-ü xəstəxanaya çatdırılıb.

Limuzinin yüksək sürətlə “Volkswagen” markalı minik avtomobilinə çırpıldığı bildirlib. Zərbənin gücündən Kolların olduğu avtomobil yoldan bir neçə metr aralıya sıçrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR