Slovakiya XİN başçısı Türkiyəyə səfər edəcək

Slovakiya XİN başçısı Türkiyəyə səfər edəcək
# 15 mart 2021 19:51 (UTC +04:00)

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok sabah Türkiyəyə səfər edəcək.

APA-nın Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, İ. Korçok səfər çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Nazirlər Türkiyə-Slovakiya ikitərəfli əlaqələri, eyni zamanda, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi, habelə aktual regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR