Slovakiyada 79 yaşlı kişi peyvənd vurulduqdan sonra ölüb

Slovakiyada 79 yaşlı kişi peyvənd vurulduqdan sonra ölüb
# 27 yanvar 2021 08:22 (UTC +04:00)

Slovakiyada 79 yaşlı kişi koronavirus əleyhinə peyvənd vurulduqdan sonra dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Narkotiklərə Nəzarət İnstitutunun nümayəndəsi Maqdalena Yurkemikova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölən şəxsin bir sıra xroniki xəstəlikləri olub: "Bu hadisə son vaxtlar Norveçdə, Almaniyada və bir sıra digər ölkələrdə baş verən hadisələrlə oxşardı.

Ölümün əsas səbəbi kimi tanınan çoxsaylı xroniki xəstəlikləri göstərmək olar. Peyvənddən sonra, arzuolunmaz kiçik nəticələr özünü göstərdi. Yaşlı kişinin səhhətində temperatur və halsızlıq müşayiət olundu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR