Slovakiyada yaşayış binasında partlayış olub, 5 nəfər ölüb

Slovakiyada yaşayış binasında partlayış olub, 5 nəfər ölüb
# 06 dekabr 2019 18:58 (UTC +04:00)

Slovakiyanın şərqindəki Presov şəhərində yerləşən on iki mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, çox sayda yaralı var.

Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində binadakı digər sakinləri xilas etmək mümkün olub . Presov şəhərinin meri Andrea Turkanova hadisəni şəhərin tarixindəki ən böyük faciə adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR