Sloveniyada ölkədən xaricə getmək qadağası müvəqqəti dayandırılıb

Sloveniyada ölkədən xaricə getmək qadağası müvəqqəti dayandırılıb
# 09 aprel 2021 04:20 (UTC +04:00)

Sloveniya Konstitusiya Məhkəməsi koronavirus əleyhinə peyvənd edilməmiş insanlar üçün ölkədən getmək hüququnu məhdudlaşdıran hökumət qərarını müvəqqəti olaraq dayandırıb.

APA TASS-a istinadən xəbər verir ki, məhkəmə bunun insanlar arasında ayrı-seçkilik yaratması kimi şərh edərək, insan haqlarına zidd olduğunu bildirib.

Xatırladaq ki, Sloveniya hökuməti 29 mart - 12 aprel tarixlərində koronavirusa qarşı peyvənd alan şəxslər istisna olmaqla, ölkənin bütün sakinlərinin ölkədən çıxmasına müvəqqəti qadağa qoymuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR