Son sutkada Britaniyada koronavirusdan 135 nəfər vəfat edib

Son sutkada Britaniyada koronavirusdan 135 nəfər vəfat edib
# 18 iyun 2020 18:47 (UTC +04:00)

Son sutkada Britaniyada yeni növ koronavirusdan (COVID-19) 135 nəfər vəfat edib.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

İndiyədək Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 42288-ə çatıb.

Son sutkada 1218 yeni yoluxma faktı qeydə alınıb bununla da indiyədək ümumi yoluxanların sayı 300469 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR