Son sutkada İspaniyada 271 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada İspaniyada 271 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
  • Clock-gray 19:37
  • calendar-gray 30 May 2020

İspaniyada son sutkada 4 nəfər koronavirusdan (COVID-19) vəfat edib.

APA-nın "El Pais" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, keçən həftə ərzində ölkədə ümumilikdə koronavirusdan 43 nəfər vəfat edib.

Son 24 saat ərzində 271 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İspaniyada 239228 nəfər COVID-19 virusuna yoluxub, 27125 nəfər ölüb. 

Zümrüd Paşkin

Digər xəbərlər