Son sutkada İspaniyada koronavirusdan 769 nəfər ölüb, ölü sayı 4858-ə çatıb

Son sutkada İspaniyada koronavirusdan 769 nəfər ölüb, ölü sayı 4858-ə çatıb
# 27 mart 2020 15:06 (UTC +04:00)

Son 24 saat ərzində İspaniyada koronavirusa yoluxmuş 769 nəfər vəfat edib.

APA-nı xəbərinə görə, bununla, İspaniyada ölənlərin ümumi sayı 4858 nəfərə çatıb.

Ölkə ərazisində son sutka ərzində virusa 7871 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ümumilikdə İspaniyada koronavirusa yoluxanların sayı 64059-a yüksəlib.

Bu günədək koronavirusdan ölüm faktının 2000-dən çoxu paytaxt Madriddə qeydə alınıb.

Kataloniyada 880, Bask bölgəsində 180 ölüm halı baş verib.

Ölkə ərazisində karantin müddəti aprelin 12-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR