Son sutkada Türkiyədə 80 nəfər koronavirusdan dünyasını dəyişib

Son sutkada Türkiyədə 80 nəfər koronavirusdan dünyasını dəyişib
  • Clock-gray 22:24
  • calendar-gray 20 Fevral 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 80 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7857 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7210, ağır xəstələr isə 1180 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 631 876 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 518 758 nəfər sağalıb, 27 983 nəfər isə həyatını itirib.

apa-logo-mini

Digər xəbərlər