Son sutkada Türkiyədə 9,5 min insanda koronavirus aşkar edilib, 72 nəfər bu virusdan ölüb

Son sutkada Türkiyədə 9,5 min insanda koronavirus aşkar edilib, 72 nəfər bu virusdan ölüb
  • Clock-gray 05:15
  • calendar-gray 25 Fevral 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 72 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9561 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 5297, ağır xəstələr isə 1200 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 665 194 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 540 293 nəfər sağalıb, 28 285 nəfər isə həyatını itirib.

apa-logo-mini

Digər xəbərlər