Stoltenberq NATO-nun strateji konsepsiyasını yeniləməyə çağırıb

Stoltenberq NATO-nun strateji konsepsiyasını yeniləməyə çağırıb
# 18 fevral 2021 01:16 (UTC +04:00)

“NATO-nun 2010-cu ildəki strateji konsepsiyası yenilənməyi tələb edir, çünki vəziyyət dəyişib, Çinin yüksəlməsi və Rusiya ilə münasibətlərin pisləşməsi nəzərə alınmayıb”.

APA xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O, dövlət və hökumət başçılarını bu ilin sonunda mənzil-qərargahda toplantı zamanı NATO-nun Strateji Konsepsiyasını yeniləməyə dəvət edib.

Qeyd edib ki, təşkilatın konsepsiyasının dəyişilməsinin vaxtın gəlib: “2010-cu ildəki konsepsiya bu günkü ehtiyaclarımıza cavab vermir, mühit dəyişib”.

Baş katibin sözlərinə görə, mövcud strateji konsepsiya güc balansındakı dəyişikliyi əhatə etmir: Mövcud konsepsiya Çinin yüksəlişini nəzərə almır. Söhbət iqlim dəyişikliyindən getmir. 2010-cu ildə Rusiya ilə strateji tərəfdaşlıqdan danışdıq, lakin bu gün qonşularına qarşı aqressiv hərəkətlər edir. Vəziyyət çox dəyişib. Bu səbəbdən Avropa ilə Şimali Amerika arasındakı əlaqəni daha da gücləndirmək üçün konsepsiyanı yeniləməyimiz lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR