Stoltenberq: "Ukrayna və Gürcüstanın NATO-ya nə vaxt qoşulacağını demək hələ qeyri-mümkündür"

Stoltenberq: "Ukrayna və Gürcüstanın NATO-ya nə vaxt qoşulacağını demək hələ qeyri-mümkündür"
  • Clock-gray 10:37
  • calendar-gray 26 Mart 2021

Konsensusun tələblərinə görə, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı dəqiq tarixi müəyyən etmək hələ qeyri-mümkündür.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Cənubi Florida Universitetinin təşkil etdiyi virtual tədbirdə çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, təşkilat 2008-ci ildə keçirilən Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO üzvü olacağını elan etsə də, hələlik bu istiqamətdə bir cədvəl mövcud deyil: “Hazırda Ukrayna və Gürcüstana alyansa üzvlüyə yaxınlaşmaları üçün yardım edirik. Biz onlara təhlükəsizlik islahatlarının aparılması, silahlı qüvvələr üzərində demokratik nəzarətin gücləndirilməsi ilə tədricən NATO standartlarına uyğunlaşaraq üzvlüyə yaxınlaşmalarına yardım edirik”.

Stoltenberq onu da qeyd edib ki, təşkilata üzv qəbul edilmə məsələsi konsensus tələb edir və bunun üçün bütün üzv ölkələrin razılığı lazımdır: “Buna görə də mən müttəfiq ölkələrin Ukrayna və Gürcüstanın NATO-ya qoşulmaq üçün tam hazır olmaları barədə qərar qəbul edəcəyi dəqiq vaxtı açıqlaya bilmirəm”.

Stoltenberq əlavə edib ki, NATO-nun genişlənməsinin təhlükə və ya provokasiya olması ideyası doğru deyil və təhlükəlidir.

Səid Babazadə

Digər xəbərlər